Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror çıxış edib.
Prokuror çıxışında R. Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Son xəbərlər
Son Xəbərlər