Puqaçova ilə Qalkinin İsraildə bu evdə yaşadığı iddia olunur - Video

puqacova-ile-qalkinin-israilde-bu-evde-yasadigi-iddia-olunur
Oxunma sayı: 4149

Fevralın sonunda Rusiyanı tərk edərək İsrailə yola düşən Xalq artisti Alla Puqaçova ilə yumorist Maksim Qalkinin yaşadığı iddia edilən evin görüntüsü yayılıb.

“Qafqazinfo” xəbər verir ki, Teleqram kanalların birində yayılan görüntülərə əsasən, cütlüyün malikanəsi Aralıq dənizi mənzərəlidir və sahəsi 650 kvadrat metrdir. 

Rəsmi mənbələrdən təsdiqlənməmiş məlumata görə, ailə məşhur israilli hüquqşünasların və televiziya ulduzlarının yaşadığı Qeysəriyyədə yaşayır.