Rusiya Prezidenti Vladimir Putin “Vladimir Putinlə ilin yekunları” proqramı çərçivəsində keçirilən canlı yayımda ABŞ-nin NBC telekanalında çalışan britaniyalı jurnalist Kir Brennan-Simmonsun sualını yersiz hesab edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Belə ki, jurnalist Putinə ABŞ Prezidenti Donald Trumpın sülh planı ilə bağlı sual ünvanlayıb. O, Rusiyanın Trampın təklifini rədd edəcəyi təqdirdə, 2026-cı ildə Ukraynada baş verənlərə görə məsuliyyəti üzərinə götürüb-götürməyəcəyini soruşub.
Rusiya Prezidenti isə cavabında bildirib ki, ölkəsinin hansısa təklifi rədd etməsi barədə deyilənlər tamamilə əsassızdır və reallığı əks etdirmir:
“Moskvaya müəyyən kompromislərə getmək təklif olunub və Rusiya rəhbərliyi bu kompromislərlə razılaşıb. Bu baxımdan, Rusiyanın sülh prosesindən yayındığını iddia etmək doğru deyil”.
Qeyd edək ki, dekabrın 19-da baş tutan “Vladimir Putinlə ilin yekunları” proqramında Rusiya Prezidenti 2025-ci ilin nəticələrini dəyərləndirib, jurnalistlərin və vətəndaşların suallarını cavablandırıb.
Son xəbərlər
Son Xəbərlər