“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin prezident sarayı qarşısında qarşılanma mərasimi zamanı Rusiya dövlət himni Qahirə orkestri tərəfindən səsnləndirilib. Lakin ifa dinləyiciləri təəccübləndirib. Belə ki, orkestr ifa boyu yanlış notlar səsləndirib.
Putin isə Misir prezidenti Əbdülfəttah əs-Sisiyə “Kalaşnikov” avtomatı hədiyyə edib. Hədiyyənin fotosunu isə İsveçrənin sabiq baş naziri özünün tvitter hesabında yerləşdirib.