Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu - Video

putinin-hediyye-etdiyi-avtomobille-gundem-oldu
Oxunma sayı: 9106

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi “Aurus” avtomobilindən istifadə edərkən görüntülənib.

“Qafqazinfo” xəbər verir ki, müvafiq məlumatı “Yonhap” agentliyi KXDR Mərkəzi Televiziyasının kadrlarına istinadən yayıb.

Bildirilib ki, KXDR lideri Pxenyanın Xvason rayonunda mənzil tikintisinin başa çatma mərasiminə “Aurus” markalı avtomobillə gəlib. 

Qeyd edək ki, Putin fevralın 18-də siyasətçiyə rus avtomobilini hədiyyə edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şimali Koreyanın rəhbərinin belə bir hədiyyə alan ilk dünya lideri olduğunu açıqlayıb.