“Qalatasaray”ın sayılmayan qolu müzakirələrə səbəb oldu - Video

qalatasarayin-sayilmayan-qolu-muzakirelere-sebeb-oldu
Oxunma sayı: 5872

Ötən gün UEFA Çempionlar Liqasının 5-ci turunda “Mançester Yunayted”lə 3:3-lük bərabərliyə imza atan “Qalatasaray”ın hesab 2:1 olarkən vurduğu qol sayılmayıb.

“Qafqazinfo” xəbər verir ki, İkardinin 43-cü dəqiqədə fərqləndiyi epizodda hakim ofsayd qərarı verib.

Bu qol Türkiyədə böyük müzakirələr səbəb olub. Azarkeşlər referinin yanlış qərar verdiyini bildirib. Hətta baş məşqçi Okan Buruk da oyundan sonra bu epizodla bağlı danışıb.

Lakin VAR sistemi ilə epizodun ofsayd olduğu göstərilib.