Qanunsuz miqrasiya ilə məşğul olan şəxs tutuldu - Foto

qanunsuz-miqrasiya-ile-mesgul-olan-sexs-tutuldu
Oxunma sayı: 1786

Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq edən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Sədərək RPŞ-nin keçirdiyi tədbirlərlə 33 yaşlı Vüsal  Quliyev məsuliyyətə cəlb edilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxs bir vətəndaşı xarici ölkə ərazisinə qanunsuz yolla keçirəcəyini vəd etməklə, ona qarşı dələduzluq törədib və 1 800 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.