Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ” (Azərbaycan) “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq.
“Qafqazinfo” xəbər verir ki, oyun Plzendəki “Duşan Arena”da baş tutacaq.
Qeyd edək ki, bu gün keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Bakıda keçirilmiş ilk oyun qolsuz bitib. Cavab qarşılaşmasında qalib gələn komanda turnirin qrup mərhələsinə vəsiqə qazanacaq.
***
Matç başladı.
***
“Qarabağ” hesabı açdı.
38-ci dəqiqədə Filip Ozobiç fərqləndi.
***
İlk hissə bitdi.
***
İkinci hissə başladı.
***
“Viktoriya” hesabı bərabərləşdirdi. “Kopiç” 58-ci dəqiqədə fərqlənir.
***
“Viktoriya” hesabı 2:1 edir. Yan Klimen 73-cü dəqiqədə fərqlənir.
***
Matç başa çatdı. “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində oynayacaq.