“Qarabağ” ilin komandası elan edildi

qarabag-ilin-komandasi-elan-edildi
Oxunma sayı: 2246

Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş tədbir keçirib.

“Qafqazinfo” xəbər verir ki, “Buta Palas”da təşkil olunan mərasimə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.

Bədii gimnast Zöhrə Ağamirova ilin ən yaxşı qadın, cüdoçu Hidayət Heydərov isə ən yaxşı kişi idmançısı adına layiq görülüb.

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” ilin ən yaxşı komandası elan olunub. 2023-cü ilin ən yaxşı məşqçisi isə “Qarabağ”ı çalışdıran Qurban Qurbanov seçilib.

İlin federasiyası isə Azərbaycan Gimnastika Federasiyasıdır.