“Qarabağ”ın sonuncu pillədə olmasına fikir verməməliyik”

qarabagin-sonuncu-pillede-olmasina-fikir-vermemeliyik
Oxunma sayı: 1575

Avropa Liqasının Liqa mərhələsində sabah “Qarabağ”ı qəbul edəcək Norveçin “Budo Qlimt” komandasının baş məşqçisi Hyetil Knutsen matçdan öncə mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, 56 yaşlı mütəxəssis Azərbaycan çempionunu yaxşı analiz etdiklərini dilə gətirib.

Bununla belə, o, qarşılaşmanın çətin keçəcəyini qeyd edib: “Bizi asan oyun gözləmir. “Qarabağ”ın turnir cədvəlinin sonuncu pilləsində olmasına fikir verməməliyik. Sabahkı meydanda hər şeyə hazır olmalıyıq. Bunu hamı bilir ki, avrokuboklarda bütün oyunlar çətin keçir. Digər rəqiblər kimi, "Qarabağ"ın da öz üstün və zəif tərəfləri var. Onlar ötən tur “Ayaks”a 0:3 hesabı ilə uduzdular. Ancaq qırmızı vərəqəyə qədər “Qarabağ” çox yaxşı mübarizə apardı. Meydanda azlıqda qaldıqdan sonra “Ayaks”a uduzdular”.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək "Budo Qlimt" - "Qarabağ" matçı saat 21:45-də start götürəcək.