Qardaş bacını öldürdü- - Evli kişiyə qoşulub qaçdığı üçün

qardas-bacini-oldurdu-
Oxunma sayı: 3718


"Qafqazinfo"ya hüquq-mühafizə orqanlarından verilən məlumata görə, fevralın 8-də saat 22:30 radələrində Elçin Həsənov küçəsində 1995-ci il təvəllüdlü Şahbazova Nəzakət Elxan qızının yaşadığı ünvanda meyiti tapılıb. İlkin araşdırmadan bəlli olub ki, qızın qardaşı 1998-ci il təvəllüdlü Şahbazov Mirağa Elxan oğlu bacısını qısqanclıq zəminində qolu ilə boğaraq qəsdən öldürüb. 

İş üzrə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 20 yaşlı Şahbazova Nəzakət bir müddət əvvəl kiməsə qoşulub qaçıbmış və ailəsi onu məcburən geri qaytarıb. O, növbəti dəfə evli kişiyə qoşularaq qaçsa da, qardaşı onu qətlə yetirir.

Murad Əhməd