Qatarın vurduğu qadın xəstəxanada öldü - Yenilənib

qatarin-vurdugu-qadin-xestexanada-oldu
Oxunma sayı: 2988

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. 

Belə ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

“ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, dəmiryol xəttini yalnız müəyyən olunmuş yerdən keçməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”, - deyə məlumatda qeyd olunur.

***

Xəstəxanaya çatdırılan 1975-ci il təvəllüdlü Təhminə İbrahimovanın həyatını xilas etmək mümkün olmayıb.