Qayınatası tərəfindən öldürüldüyü bildirilən Elvinin - Fotosu

qayinatasi-terefinden-oldurulduyu-bildirilen-elvinin
Oxunma sayı: 6776

Xəbər verdiyimiz kimi, bu gün saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlu qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən, onun qayınatası 1975-ci il təvəllüdlü Tayırov Tayır İdayət oğlu saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, metbuat.az hadisə ilə bağlı bəzi təfərrüatları əldə edə bilib. 

Bildirilir ki, Elvin Ələkbərov xanımı ilə 2017-ci ildə ailə həyatı qurub. Bir il sonra onların qız övladları dünyaya gəlib. Ailədə tez-tez münaqişə baş verirmiş. Dünən axşam saatlarında Elvin həyat yoldaşını döyüb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Bu gün günorta saatlarında 35 yaşlı Elvin qayınatası tərəfindən çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.