Qazanbulaq qəsəbəsinə su verildi - Fotolar

qazanbulaq-qesebesine-su-verildi
Oxunma sayı: 2821

Goranboy rayonunun Qazanbulaq qəsəbəsində yaşayan 870 nəfər əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş su şəbəkəsi istifadəyə verilib. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı qəsəbədə keçirilən tədbirdə RİH Başçısı Məhərrəm Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, “Azərsu” ASC-nin 7 saylı Regional Sukanal İdarəsinin nümayəndələri, rayon fəalları, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.

Qəsəbə sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.