Qazaxda fərdi yaşayış evində partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış nəticəsində evə ciddi ziyan dəyib, bir nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
Qazax Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 15:00 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (qadın) xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlardan 1975-ci il təvvəlüdlü şəxsə sol mil sümüyünün aşağı 3/1 -nin sınığı və gövdənin birinci dərəcəli termiki yanığı, 1974- cü il təvvəlüdlü şəxsə isə, hər iki diz qapağının səthi travması və sol əlin ovuc səthinin sıyrılmış cızılmış yarası diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsinə davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir”.
Son xəbərlər
Son Xəbərlər