Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - Video

qazaxin-azad-olunan-kendinde-90-ci-illerden-qalan-texnikamiz
Oxunma sayı: 6748

Xəbər verdiyimiz kimi, Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir. 

“Qafqazinfo”nun məlumatına görə, Baku TV həmin ərazilərdən yeni görüntülər lentə alıb.

Qızılhacılı kəndində çəkilən kadrlarda Azərbaycana məxsus döyüş maşını yer alıb.

Bildirilib ki, bu, 1990-cı illərdən, yəni Birinci Qarabağ müharibəsi dövründən sözügedən ərazidə qalan texnikadır.

Nəqliyyat vasitəsinin üzərində vaxtilə orada döyüşmüş mərd oğullarımızın adları həkk olunub.

Həmin videonu təqdim edirik: