“Qərbi Azərbaycan qaçqınlarına da bu cür pulsuz yardım tətbiq olunacaq?”

qerbi-azerbaycan-qacqinlarina-da-bu-cur-pulsuz-yardim-tetbiq-olunacaq
Oxunma sayı: 580

Pulsuz hüquqi yardımın Qərbi Azərbaycan qaçqınlarına da şamil olunub-olunmaması ilə bağlı məsələ parlamentdə müzakirə edilib”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Əziz Ələkbərli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında danışıb.

“Qaçqın statusu almış şəxslərin “Pulsuz hüquqi yardım haqqında” Qanuna uyğun olaraq pulsuz hüquqi yardım almaq hüququ var. Nəzərə alanda ki, Prezidentin 23 avqust 2001-ci il tarixli və bu gün də qüvvədə olan Fərmanında Qərbi Azərbaycan qaçqınların statusu da təsbit olunub.

Qərbi Azərbaycan qaçqınlarına da bu cür pulsuz hüquqi yardım tətbiq olunacaq? Bizdə - Qərbi Azərbaycan İcmasında bu barədə müraciətlər çox olur”, - deyə deputat qeyd edib.

Komitə sədri Musa Quliyev isə bildirib ki, məsələ olduqca aktualdır: “Lakin bu məsələ bizim komitənin profilinə uyğun olmadığına görə, digər komitədə baxılmalıdır. Amma sizin söylədiyinizdə böyük məntiq var. Müvafiq komitə ilə dəqiqləşdirərik”.

Nuranə Daxilqızı