Qəzada ölən azərbaycanlılardan 6-nın kimliyi bilindi - Foto

qezada-olen-azerbaycanlilardan-6-nin-kimliyi-bilindi
Oxunma sayı: 1615

Bu gün Gürcüstanın Qardabani rayonunda baş vermiş qəzada ölən gənclərdən 6-nın kimliyi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, həlak olanlar Birlik kəndindən olan Şamil və qardaşı Kamil Əliyev, eləcə də Əli və qohumu Sahil Cəlilovdur.

Məlumata görə, Kamil 19, Şamil isə 17 yaşında olub. Onların valideynlərinin erkən vəfat etdiyi, nənə və babalarının himayəsində böyüdükləri bildirilir.

Digər həlak olan 2 nəfər isə Yormuğanlı (Qaraçöp) sakinləri Eltac Bayramov və Xanoğlan Nəsibovdur. Onların 23-24 yaşlarında olduğu deyilir.

Qeyd edək ki, BMW markalı avtomobilin yüksək sürətlə idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində 7 gənc həlak olub, 1 nəfər ağır yaralanıb. Onların hamısı azərbaycanlıdır.

Fotoda Kamil və Şamil Əliyevlər

Fotoda Əli və Sahil Cəlilovlar