ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Amerika lideri Donald Trampın Qəzza sülh planının ikinci mərhələsinin başlandığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkədəki “X” səhifəsində məlumat verib.
“Bu gün biz prezident Trampın adından Qəzzada münaqişəyə son qoymaq üçün onun 20 bəndlik planının II mərhələsinin başlandığını elan edirik”, - o yazıb.
Uitkoffun sözlərinə görə, anklav silahsızlaşdırılacaq və onun yenidən qurulmasına başlanacaq.
Son xəbərlər
Son Xəbərlər