ABŞ Prezidenti Donald Tramp bir neçə ölkənin Qəzza zolağına 7 milyard dollarlıq yardım paketi ayırdığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Amerika lideri Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib.
“Mən Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveytin birgə yardıma 7 milyard dollardan çox töhfə verdiyini elan etməkdən məmnunam. Bu, çox gözəldir", - Tramp bildirib.
Son xəbərlər
Son Xəbərlər