Qırğızıstanda ölüləri yandırmağa icazə verildi

qirgizistanda-oluleri-yandirmaga-icaze-verildi
Oxunma sayı: 2482

Qırğızıstanın şəhərlərində dövlət krematoriyaları tikiləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Marlen Mamatəliyev məlumat verib.

O, krematoriyalarla bağlı bəndin bu yaxınlarda qəbul edilmiş “Dəfn və dəfn işləri haqqında” Qanunda olduğunu bildirib.

“Bəzi vətəndaşlarımız, öldükdən sonra yandırılmaq istəyirlər. Yeni qanun krematoriyaların tikilməsini nəzərdə tutur. Onlarda təkcə insanların cəsədləri yox, bəzi xəstəlikləri olan ölü heyvanlar da yandırılacaq”, - deyə deputat əlavə edib.
Onun sözlərinə görə, krematoriyalar dövlət hesabına və yalnız şəhərlərdə tikiləcək, lakin hələlik onların dəqiq sayı məlum deyil.