“Qol buraxdıqdan sonra geri dönmək çətin oldu” - Xabi Alonso

qol-buraxdiqdan-sonra-geri-donmek-cetin-oldu
Oxunma sayı: 5040

“Hesab 2:2 olandan sonra komandanın daha çox istəkli olduğunu gördüm. Qol buraxdıqdan sonra geri dönmək çətin oldu. Amma oyunçular yaxşı çıxış etdilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso Avropa Liqası 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, komandasını 1/4 finala yüksəldən qələbəni belə şərh edib:

“Patrik Şikin son qolu da əla oldu. Əlbəttə ki, mərhələni keçdiyimiz üçün çox şadam. Hamımız eyni gəmidəyik və komanda ruhu bu mövsüm ən vacib şeydir. Mübarizə aparmaq istəyirik. Görürəm ki, komandada inam və aclıq var. Bu mənim üçün çox xoşdur. Frimponqun ilk qolundan sonra komandanın çox istəkli olduğunu gördüm”.