“Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır”

qrenlandiya-abs-nin-bir-hissesi-olmalidir
Oxunma sayı: 2178

“Qrenlandiya ABŞ-yə məxsus olmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın Baş Qərargah rəisinin müavini Stiven Miller CNN-ə müsahibəsində bildirib. 

“Hazırkı ABŞ Administrasiyanın rəsmi mövqeyi əvvəldən bəllidir: Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. Prezident bu barədə çox açıq danışıb”, - o deyib.

Miller aparıcının qoşunların yerləşdirilməsi ehtimalı ilə bağlı sualına birbaşa cavab verməkdən yayınsa da, “heç kim Qrenlandiyanın gələcəyi ilə bağlı Birləşmiş Ştatlarla hərbi münaqişəyə girməyəcək”, - deyə söyləyib.

“Danimarkanın ərazi iddiaları nəyə əsaslanır? Onlar hansı əsasla Qrenlandiyaya iddia edirlər? ABŞ NATO gücüdür. Arktika bölgəsinin təhlükəsizliyinin təmin edilməsi, NATO-nun və onun maraqlarının qorunması və müdafiə edilməsi üçün Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır” - S.Miller vurğulayıb.

Qeyd edək ki, Qrenlandiya Danimarka krallığına daxil olan muxtar ərazidir. Ağ Ev rəhbəri Donald Tramp həm 2017-2021-ci illərdə ilk prezidentliyi dövründə, həm də ikinci prezidentliyi dövründə dəfələrlə Qrenlandiyanın ABŞ-yə qatılmalı olduğunu bildirib. Danimarka tərəfi isə bu iddiaları rədd edib və adanın müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atıb.