"Qarabağ-Diaspor, Soyqırım və Terror" kitabı nəşr edilib

quotqarabag-diaspor-soyqirim-ve-terrorquot-kitabi-nesr-edilib
Oxunma sayı: 884


“Qafqazinfo”ya daxil olan məlumata görə, kitab 450 səhifə həcmindədir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və karabakhinfo.com beynəlxalq elektron jurnalın maliyyə dəstəyi ilə nəşr edilən kitabda Dağlıq Qarabağın tarixi, işğal olunan rayonların tarixi, erməni terrorizmi, diaspor siyasəti, regional əməkdaşlıq, Xocalı soyqırımı, 31 mart soyqırımı, deportasiya, əsasız erməni iddiaları, erməni terror təşkilatları, böyük dövlətlərin siyasəti, geosiyasət və digər məsələlər öz əksini tapıb. Kitabda Ermənistan Azərbaycan torpaqlarının işğal etməsinin beynəlxalq hüquqi analizi edilir, siyasi və tarixi yanaşma göstərilir.