Qurbanov “Neftçi” ilə bir həftədə iki dəfə qarşılaşmaq qərarından danışdı - Video

qurbanov-neftci-ile-bir-heftede-iki-defe-qarsilasmaq-qerarindan-danisdi
Oxunma sayı: 428

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun “Neftçi” ilə bir həftədə keçirəcəyi iki oyunla bağlı məsələyə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə təcrübəli mütəxəssis “Zirə” ilə keçirilən matçdan sonra jurnalistlərə açıqlamasında danışıb.

“Bu cür sıx qrafikdə oynamaq xoş deyil. Bəzən azarkeşlər üçün də bir oyun oynayıb, bir az fasilə verib yenidən qarşılaşmaq daha maraqlı olar. Amma yəqin ki, sıx qrafikə görə boş yer tapılmayıb, ona görə belə addım atıblar.

Hər iki komanda üçün eyni situasiya olacaq. Mən də istərdim ki, hazırlaşmaq üçün arada fasilə olsun. Deyəcək bir şey yoxdur”, - o qeyd edib.

Qeyd edək ki, klub 17-30 aprel aralığında iki dəfə “Sabah, iki dəfə isə “Neftçi” ilə qarşılaşacaq.