Quterreş bu dövlətlərə çağırış etdi

quterres-bu-dovletlere-cagiris-etdi
Oxunma sayı: 1696

BMT-nin Baş katibi Antonio Quterreş İran və Pakistanı vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təmkinli olmağa dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında qeyd olunub:

“Baş katib son vaxtlar İran və Pakistan arasında hər iki tərəfin itkiləri ilə nəticələnən hücum mübadiləsindən son dərəcə narahatdır. O, hər iki ölkəni gərginliyin qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırır”.

Quterreş əmindir ki, İran və Pakistan arasında təhlükəsizliyə dair bütün məsələlər, suverenlik, ərazi bütövlüyü və mehriban qonşuluq münasibətləri prinsiplərinə uyğun olaraq dialoq və əməkdaşlıq yolu ilə həll edilə bilər.