Qutsul ev dustaqlığına buraxılıb

qutsul-ev-dustaqligina-buraxilib
Oxunma sayı: 1822

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul ev dustaqlığına buraxılıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu haqda onun vəkili Nataliya Bayram məlumat verib.

“Yevgeniya Qutsul məhkəmə zalından dərhal azadlığa buraxılacaq. O, bu gündən 30 sutkalıq ev dustaqlığına buraxılıb”, - o qeyd edib.

Xatırladaq ki, Y. Qutsul martın 25-də seçki fondlarının saxtalaşdırılması, qanunsuz maliyyələşdirmə və yalan ifadə vermə işi ilə bağlı saxlanılmışdı. Moldova məhkəməsi Qutsulu 20 sutka müddətinə həbs etmişdi.