Qaqauziyanın rəhbəri həbs edildi

qaqauziyanin-rehberi-hebs-edildi
Oxunma sayı: 4714

Moldova məhkəməsi Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu 30 sutka müddətinə həbs edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Belə ki, Yevgeniya Qutsul martın 25-də seçki fondlarının saxtalaşdırılması, qanunsuz maliyyələşdirmə və yalan ifadə vermə işi ilə bağlı 72 saatlığına saxlanılıb.

Qeyd olunub ki, Y. Qutsul ittihamlarla bağlı özünü təqsirli bilməyib.