“Real” “Mançester Siti” ilə - “Bavariya” “Arsenal”la bərabərə qaldı

real-mancester-siti-ile
Oxunma sayı: 2771

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. 

Belə ki, “Real” və “Mançester Siti” Madriddə qarşılaşıb. Matçda 6 qol vurulub və görüş 3:3 hesabı ilə yekunlaşıb.

“Bavariya” isə Londonda "Arsenal"la 2:2 oynayıb. Komandaların cavab görüşü bir həftə sonra baş tutacaq.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar

9 aprel

"Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya) 2:2

"Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə) 3:3