“Real” Vinisius üçün 1 milyardlıq təklif gözləyir

real-vinisius-ucun-1-milyardliq-teklif-gozleyir
Oxunma sayı: 2696

“Real” bu mövsüm futbolçusu Vinisius Junioru heyətində saxlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

Bildirilib ki, hücumçuya böyük klublardan təkliflər gəlir. 

PSJ braziliyalı oyunçunu transfer etmək üçün 200 milyonluq təklif göndərsə də, bu, Madrid klubunu qane etməyib.

Oyunçuya 1 milyard avroluq təklif gəlməyəcəyi təqdirdə satılmayacağı vurğulanıb. 

Qeyd edək ki, bu mövsüm Vinisius Junior 28 oyun keçirib, 18 qol vurub və 8 qolun ötürməsini verib.