“Real”ın keçmiş qapıçısı karyerasını başa vurub

realin-kecmis-qapicisi-karyerasini-basa-vurub
Oxunma sayı: 3367

“Real Madrid”in keçmiş qapıçısı Dieqo Lopez 42 yaşında peşəkar futboldan ayrıldığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

İspaniyalı qolkiperin son klubu “Rayo Valyekano” olub. Futbolçunun komanda ilə müqaviləsi bu il iyulun əvvəlində başa çatıb.

Qeyd edək ki, Lopez karyerası ərzində “Real Madrid”, “Milan”, “Vilyarreal”, “Sevilya” və “Espanyol” kimi komandalarda çıxış edib. Madrid klubu ilə qapıçı Çempionlar Liqası, La Liqa və İspaniya kubokunun qalibi olub.