Rəhim Həsənov “Turan Tovuz”un sayılmayan qolunu şərh etdi - Video

rehim-hesenov-turan-tovuzun-sayilmayan-qolunu-serh-etdi
Oxunma sayı: 554

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 2-ci turunda baş verən mübahisəli epizodlara münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, komitə rəhbəri tur çərçivəsində keçirilən 3 qarşılaşmadakı (“Qəbələ” – “Şəfa”, “Zirə” – “Imişli” və “Turan Tovuz” – “Şamaxı”) şübhəli məqamları təhlil edib.

R. Həsənov xüsusilə “Turan Tovuz” – “Şamaxı” matçında müzakirələrə səbəb olan qol epizoduna diqqət çəkib. O qeyd edib ki, topun qapı xəttini tam keçdiyini sübut edən aydın və qəti videogörüntü olmadığı üçün VAR sisteminin prosesə müdaxiləsi yersiz olub. Komitə sədri referinin meydandakı ilkin qərarını qüvvədə saxlamasını tamamilə dürüst addım kimi qiymətləndirib.

Xatırladaq ki, həmin görüşün baş hakimi Rauf Cabarov, VAR hakimi isə Vüqar Həsənli olub.