Rəmiş vəfat etdi

Rəmiş vəfat etdi
Oxunma sayı: 10710

Xalq artisti Rəmiş (Rafiq Hüseynov) vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə APA-ya onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

Qeyd edək ki, Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulub. 

Xalq artistləri- Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu müşayiət edib.

Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. Azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilib.

İfaçı 2014-cü ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Xalq artisti fəxri adına layiq görülüb.

Rəmiş Güllü Hüseynova ilə ailəli olub. Bundan öncə iki dəfə evlilik həyatı sürüb, iki qız atasıdır. Oğlu Hüseyn rəhmətə gedib.

Ciyərlərində problem yaranan Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilmişdi.