Rəşad Nəbiyev Abşeronda vətəndaşları qəbul edəcək

resad-nebiyev-abseronda-vetendaslari-qebul-edecek
Oxunma sayı: 1568

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 14 dekabr 2023-cü il tarixində saat 09:30-da Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Zəngilan, Qubadlı, Abşeron rayonlarının və Sumqayıt şəhərinin sakinlərini qəbul edəcək.

"Qafqazinfo" xəbər verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda dekabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 13 dekabr 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.