Rəssam seçicinin “Qalib liderlə yeni zirvələrə doğru” sərgisi - Fotolar

ressam-secicinin-qalib-liderle-yeni-zirvelere-dogru-sergisi
Oxunma sayı: 1005

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının binasında Prezident İlham Əliyevin fevralın 7-də prezident seçkilərində əldə etdiyi parlaq qələbə və yenidən xalqın mütləq əksəriyyətinin etimadını qazanıb dövlət başçısı vəzifəsinə seçilməsinə həsr edilmiş rəsm sərgisi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Qalib liderlə yeni zirvələrə doğru” adlı sərgidə 25 rəssamın 40-dan çox əl işi nümayiş olunub.

Əsərlər Ulu öndər Heydər Əliyevə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəyə, Qarabağ mövzularına həsr edilib.

YAP Yasamal Rayon Təşkilatının dəstəyi ilə ərsəyə gələn sərgidə 17 saylı Yasamal üçüncü seçki dairəsinin seçicisi, Rəssamlar İttifaqının üzvü Ceyhun Abdullayevlə sənət dostlarının əl işləri nümayiş etdirilib və böyük marağa səbəb olub.

Tədbirdə iştirak edən millət vəkilləri Elnur Allahverdiyev və Soltan Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev rəssamları təşəkkürnamə və hədiyyələrlə təltif ediblər.