Ronaldo yenə birinci oldu

ronaldo-yene-birinci-oldu
Oxunma sayı: 3120

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo 2023-cü ilin bombardiri yarışında birinci yeri tutub.

“Qafqazinfo” xəbər verir ki, o, bunu Səudiyyə Ərəbistanı çempionatının 17-ci turunda “Əl-İttihad”la səfər matçında dubl sayəsində bacarıb.

Görüş “Əl-Nəsr”in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da 38 yaşlı Ronaldo il ərzində vurduğu qolların sayını 53-ə çatdırıb və hər ikisi 52 qol vuran PSJ-dən Kilian Mbappe və “Bavariya”dan  Harri Keyni geridə qoyub.