ABŞ dövlət katibi Marko Rubio “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) proqramı çərçivəsində Ermənistan-ABŞ çərçivə sazişi ilə bağlı birgə bəyanatı şərh edib.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
“Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və mən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üçün çərçivə sənədi haqqında bəyanatla çıxış etdik.
Bu sənəd beş ay əvvəl ABŞ Prezidentinin iştirakı ilə Ermənistan və Azərbaycan arasında tarixi sülh sammitində götürülmüş öhdəliklərə əsaslanır.
“Trampın Marşrutu” proqramı Cənubi Qafqazın ticarət, tranzit və enerji axınları sahəsindəki potensialını açmaqla, bütün regionda rifahın yüksəldilməsi və təhlükəsizliyin gücləndirilməsinə kömək edəcək”, - Rubionun paylaşımında deyilir.
Xatırladaq ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Vaşinqtona səfəri çərçivəsində yanvarın 13-ü ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. Görüş zamanı TRIPP proqramı çərçivəsində Ermənistan-ABŞ çərçivə sazişi ilə bağlı birgə bəyanat təsdiqlənib.
Son xəbərlər
Son Xəbərlər