Danışıqlara yaxın mənbələr Rusiyanın sülh əldə olunmasında həqiqətən maraqlı olduğunu, lakin bunun yalnız Kremlin şərtləri daxilində mümkünlüyünü bildiriblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Moskva Ukrayna Silahlı Qüvvələrinin Donbasdan (Donetsk və Luqansk vilayətləri – red.) tamamilə çıxarılması və işğal olunmuş ərazilərin statusu ilə bağlı tələblərindən geri çəkilmək niyyətində deyil. Mənbələr hazırkı müzakirələrin faktiki olaraq dalana dirəndiyini və tərəflərin kompromisə nail olmaqda çətinlik çəkdiklərini vurğulayıblar.
Xatırladaq ki, bu gün Cenevrədə start götürən üçtərəfli görüşlərdə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri iştirak edir. Rusiya tərəfindən danışıqlara prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna tərəfindən isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edir.
Son xəbərlər
Son Xəbərlər