“Rusiya ilə münasibətlərinin sağlamlaşdırılmasına ehtiyac var” - Ararat Mirzoyan

rusiya-ile-munasibetlerinin-saglamlasdirilmasina-ehtiyac-var
Oxunma sayı: 502

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya ilə əlaqələrin sağlamlaşdırılmasına ciddi ehtiyac olduğunu bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Armenpress” agentliyi yayıb.

Jurnalistlərin Rusiyanın Ermənistandakı seçki prosesinə mümkün müdaxiləsi ilə bağlı sualını cavablandıran A. Mirzoyan Moskva tərəfindən artan təzyiqləri tənqid edib:

“Biz Rusiyanın Təhlükəsizlik Şurası rəsmilərinin, deputatların, media və ekspert dairələrinin Ermənistan rəhbərliyini hədəf alan kifayət qədər kəskin bəyanatlarını gördük. Eyni zamanda bəzi iqtisadi sanksiyalar və yönləndirmə cəhdlərinin də şahidi olduq. İstər-istəməz bu addımları seçkilərlə əlaqələndirirsən, çünki qabardılan problemlər əvvəllər də bu və ya digər dərəcədə mövzu idi.

Hesab edirəm ki, Ermənistan və Rusiya münasibətlərinin müəyyən dərəcədə sağlamlaşdırılmasına ehtiyac var. Ümid edirik ki, xüsusən də seçkilərdən sonra rusiyalı tərəfdaşlarımızla sağlam və konstruktiv ab-havada həm əlaqələri bərpa edə, həm də zaman-zaman yaranan problemləri müzakirə edib hər iki ölkə üçün faydalı həll yolları tapa biləcəyik”.

XİN rəhbəri Baş nazir Nikol Paşinyanın “İrəvan-Moskva xəttindəki gərginlik süni xarakter daşıyır” fikri ilə tam razı olduğunu və bunun üçün heç bir real əsasın olmadığını vurğulayıb.