Rusiya onların ölkəyə girişinə qadağa qoydu

rusiya-onlarin-olkeye-girisine-qadaga-qoydu
Oxunma sayı: 3554

Rusiya 227 ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlikdən verilən yazılı açıqlamada ABŞ-nin Rusiyaya qarşı sanksiyalarını davamlı olaraq genişləndirdiyi bildirilib.

Açıqlamada 227 ABŞ rəsmisinin qarşılıqlı olaraq Rusiyaya girişinə qadağa qoyulduğu, bu şəxslər arasında Rusiya əleyhinə fəaliyyət göstərən diplomatlar, iş adamları, jurnalistlər və akademiklərin də olduğu qeyd edilib.

Rusiyanın girişinə qadağa qoyduğu şəxslərin siyahısına ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller və ABŞ-nin Moskvadakı keçmiş səfiri Con Sallivan kimi adlar daxildir.