“Rusiya sülh sazişinin mətnini hazırlamayıb”

rusiya-sulh-sazisinin-metnini-hazirlamayib
Oxunma sayı: 607

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ukrayna ilə münaqişəyə dair sualları cavablandırıb.

“Qafqazinfo” Ria Novosti-yə istinadən xəbər verir ki, Uşakov Ukraynadakı münaqişənin nizamlanmasına dair sazişin mətninin hələlik Rusiya tərəfindən hazırlanmadığını və ya razılaşdırılmadığını deyib.

“Biz bu barədə heç nə bilmirik, fikrimcə, heç kim sazişin mətnini hazırlamayıb. Bunu bizimlə heç kim razılaşdırmayıb və müzakirə etməyib", - o qeyd edib.

Uşakov ABŞ və Ukrayna nümayəndələrinin Floridada görüş keçirməsi məsələsindən xəbərdar olduqlarını da əlavə edib. O, görüş barədə əvvəlcədən məlumatlandırıldıqlarını deyib.