Rusiya vətəndaşları Qəzzadan Moskvaya gətirildilər

rusiya-vetendaslari-qezzadan-moskvaya-getirildiler
Oxunma sayı: 1672

Xüsusi reyslə Qəzza zolağından təxliyə edilmiş Rusiya vətəndaşlarının üçüncü qrupu Moskvaya çatdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Roman Oxotenko məlumat verib.

O bildirib ki, nazirliyin İl-76 təyyarəsi paytaxtın Domodedovo hava limanına enib, Qəzza zolağından təxliyə edilmiş 120 Rusiya vətəndaşını Moskvaya çatdırıb:

“Uçuş zamanı onları Fövqəladə Hallar Nazirliyinin həkimləri və psixoloqları müşayiət edib. Yenə də rusların vətənlərinə çatdırılması işi davam edir”.

Ümumilikdə 1000-dən çox Rusiya vətəndaşının təxliyə siyahılarına yazıldığı qeyd olunub.