Rusiya XİN-dən Paşinyanın hücum etməmək barədə paktına - Münasibət

rusiya-xin-den-pasinyanin-hucum-etmemek-barede-paktina
Oxunma sayı: 5513

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etməsinə münasibət bildirib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Zaxarova bu barədə bu gün keçirdiyi həftəlik brifinqdə danışıb. 

Onun sözlərinə görə, Rusiya hesab edir ki, Cənubi Qafqazda sabitliyin və dayanıqlı sülhün bərqərar olmasında ən yaxşı təminat 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatların icrasının tezliklə bərpa edilməsidir: “Bu, Bakı ilə İrəvan arasında barışıq üçün alternativi olmayan yol xəritəsidir”. 

Xatırladaq ki, bir neçə gün əvvəl N.Paşinyan Ermənistanda ordu günündə Azərbaycana belə bir pakt imzalamağı təklif etdiyini bildirib. Bunun ardınca, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Paşinyanın səsləndirdiyi bu fikirlərə münasibət bildirib.