Rusiyada Ermənistanın “Jermuk” suyunun satışı dayandırıldı

rusiyada-ermenistanin-jermuk-suyunun-satisi-dayandirildi
Oxunma sayı: 2472

Rusiyada Ermənistan istehsalı olan “Jermuk” mineral suyunun bir neçə partiyasının satışı dayandırılıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) məlumat yayıb.

Buna səbəb fevralın 12-də Vladiqafqaz sakinin suyu içdikdən sonra qida borusu yanıqları alması olub.

Hazırda həmin məhsulların nümunələrinin yoxlanılması və laboratoriya tədqiqatları aparılır.