Keçmiş sevgilisini 8 bıçaq zərbəsi ilə öldürən Yaqub haqda - Qərar

kecmis-sevgilisini-8-bicaq-zerbesi-ile-olduren-yaqub-haqda
Oxunma sayı: 659

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı keçmiş sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Yaqub Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kalinin Rayon Məhkəməsində keçirilən iclas zamanı Y. Süleymanov ev dustaqlığına buraxılmasını istəsə də, məhkəmə onun həbsinə qərar verib.

Agentlik yazır ki, hadisənin yeni təfərrüatları da məlum olub. İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs noyabrın 12-də keçmiş sevgilisini Vavilovlar küçəsində təqib edərək qadınlara yardım mərkəzinin girişindən uzaqlaşdırıb və ona azı 8 dəfə bıçaq zərbəsi endirib. Daha sonra kirayə avtomobil xidməti (Rent a car – red.) məxsus maşınla hadisə yerindən qaçan şəxs saxlanıldıqdan sonra cinayətini etiraf edib.

Məlum olub ki, öldürülən qadının 5 yaşlı oğlu qalıb. Uşağın gələcək himayəsi ilə bağlı qərarı məhkəmə verəcək.

Bundan başqa, Y. Süleymanovun əvvəllər Sankt-Peterburqdakı Kazan kafedralında terror aktının hazırlanması barədə məlumat vermədiyinə görə məhkum olunduğu üzə çıxıb.