Rusiyada yaşayış binasında yanğın, 440 nəfər təxliyə edildi

rusiyada-yasayis-binasinda-yangin-440-nefer-texliye-edildi
Oxunma sayı: 1721

Rusiyanın Anapa şəhərində yaşayış binasının çardağında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Anapada Obezdnaya küçəsində yanğın olan binadan 112-si uşaq olmaqla 440 nəfər təxliyə edilib”, - məlumatda qeyd olunub.

Yanğın nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Təxliyə olunanlar üçün 360 nəfərlik üç müvəqqəti yaşayış məntəqəsi təşkil edilib.