Rüstəm İbrahimbəyov dəfn olundu - Fotolar + Yenilənib

rustem-ibrahimbeyov-defn-olundu
Oxunma sayı: 13190

Nizami Kino Mərkəzində mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, mərasimdə mərhumun dostları, qohumları, rəsmilər iştirak edir. 

Qeyd edək ki, R. İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. O,  I Fəxri xiyabanda dəfn olunacaq.

***

Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatıb.

***

Mərhum Xalq yazıçısı I Fəxri xiyabanda dəfn edilib.

Hüseyn Məmmədsalahov

Fotolar: Müzəffər İsmayılov