Saakaşvili aclıq aksiyasına başladı

saakasvili-acliq-aksiyasina-basladi
Oxunma sayı: 2765

Tbilisidə saxlanılan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili aclıq elan edib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə ombudsman Nino Lomcariya Saakaşvili ilə həbsxanada görüşündən sonra bildirib.

“O, Gürcüstanda verilmiş hökmlə razılaşmır və özünü siyasi məhbus hesab edir", - deyə ombudsman açıqlayıb.

Qeyd edək ki, Saakaşvili parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankının” əməkdaşı Sandro Girqvlianinin öldürülməsi işi üzrə məhkəmənin üç instansiyası tərəfindən təqsirli bilinib.

Saakaşvili qiyabi olaraq 9 il azadlıqdan məhrum edildi