Saakaşvili Batumidədir?

saakasvili-batumidedir
Oxunma sayı: 2546

“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Kiyev şəhərini sentyabrın 30-u tərk edib və hazırda Gürcüstandadır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Saakaşvilinin təsis etdiyi Ukraynanın “Sadə həllər və nəticələr ofisi” adlı ictimai təşkilatın rəhbəri Mariya Barabaş deyib.

“O, üç gün əvvəl komanda topladı və bizə dedi ki, Gürcüstana gedir. Çünki hazırda ölkə üçün dönüş nöqtəsidir, Avropa və Rusiya arasında seçim etmək lazımdır. O bildirdi ki, Gürcüstanda indi vacib referendum olduğundan getməlidir”, - deyə Barabaş qeyd edib. 

Bununla belə, hakim “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinarazde öz növbəsində iddia edir ki, Saakaşvili Batumidə deyil və o, hətta Kiyev şəhərini tərk etməyib.

Həmçinin oxuyun: Saakaşvili səkkiz ildən sonra Gürcüstanda - Video

Qeyd edək ki, Mixail Saakaşvili bu gün səhər saatlarında öz feysbuk hesabında Gürcüstana qayıtması və hazırda Batumi şəhərində olması barədə məlumat paylaşıb. Saakaşvili daha əvvəl də oktyabr ayında keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilər zamanı ölkəyə qayıtmaq istədiyini elan etmişdi. Ölkə rəhbərliyi Saakaşvilinin Gürcüstanda olması xəbərini feyk adlandırıb. Gürcüstanın Daxili İşlər Nazirliyi isə qeyd edib ki, Mixail saakaşvili rəsmi qaydada dövlət sərhədini keçməyib. Qeyd etmək lazımdır ki, Gürcüstanın keçmiş Prezidenti ölkədaxili axtarışa verilib və barəsində bir neçə cinayət işi açılıb. Ölkə rəhbərliyi dəfələrlə qeyd edib ki, Saakaşvili dövlət sərhədini keçdiyi an onu saxlayacaqlar.