“Sabah” - “Hapoel” oyununa bu qədər bilet satılıb

sabah-hapoel-oyununa-bu-qeder-bilet-satilib
Oxunma sayı: 796

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel” (Berr-Şeva) matçına 25 min bilet satılıb.

Bu barədə “Qafqazinfo”ya “Sabah” klubundan məlumat verilib. Bildirilib ki, hazırda satış davam edir və oyun saatına qədər bu sayın artacağı gözlənilir. 

Qeyd edək ki, “Sabah” – “Hapoel” (Beer-Şeva) matçı bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Stadionun 31 min 200 tamaşaçı tutumu var.

İlk oyunda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.